image-16bb6d26-860d-4c90-8b93-542c0f242460backend

Yevlaxda möhtəşəm konsert

image-reklam_sirab_01

Xalqımız üçün əlamətdar günlərlə bol olan dekabr ayında Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yevlaxda yeni salınan Kino parkda bir sıra maraqlı məqamları ilə yadda qalan möhtəşəm konsert proqramı keçirilib.

Tədbirin əvvəlində qeyd olundu ki, son illərdə Yevlax şəhərində geniş abadlıq və quruculuq işləri aparılıb. Şəhərin mərkəzində “Dədə Qorqud” parkı yenidən qurulub, ərazisi 1,95 hektara çatdırılıb və Dədə Qorqudun heykəli quraşdırılıb. Şəhərdə bir sıra çoxmənzilli yaşayış  binaları təmir edilib, həyətlərində abadlıq işləri görülüb. Həmçinin Nizami parkında əsaslı təmir işləri həyata keçirilib. Heydər Əliyev sarayında müasir memarlıq qaydalarına uyğun olaraq əsaslı təmir işləri həyata keçirilib.

Şəhərdə Kino Park tam yenidən qurulub və uşaqların əylənməsi üçün qurğular, yaşlıların istirahəti skamyalar quraşdırılıb,  tamaşa zalı yaradılıb. Həmçinin Yevlaxdakı “Şəhidlər Xiyabanı”nda əsaslı təmir işləri aparılıb

2019-2021-ci illərdə Yevlaxda 13 məktəb binası cari və ya əsaslı təmir olunmuş, 2-modul tipli məktəb binası quraşdırılıb, Qoyunbinəsi kəndində 432 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilib. Yevlax şəhərində 4 ədəd körpələr evi-uşaq bağçası əsaslı təmir edilib.

Şəhərin Nizami prospektində barak tipli binalarda yaşayan ailələr üçün 45 mənzilli 9 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılıb və ailələr həmin binaya köçürülüb.

Yevlaxın küçə və meydanlarında müasir tipli 226 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılıb, Xaldan-Zaqatala avtomobil yolunun 6 kəndi birləşdirən Xaldan-Ərəş-Meyvəli kəndlərarası, həmçinin  Qaroğlan,  Quşçu,  Malbinəsi və Qoyunbinəsi kəndlərarası 19,6 km uzunluğunda avtomobil yolları əsaslı təmir olunaraq asfaltlaşdırılıb.

Ümumilikdə isə  Yevlax rayonunda mövcud 127 km kəndlərarası avtomobil yollarının 92,6 km-i asvaltlanıb ki, bu da ümumi yolların  73 faizini təşkil edir.   Cari ildə Xaldan kəndində maqistralşosse üzərində piyadalar üçün körpü, İncə çayı üzərində 12 kəndi birləşdirən yolda dəmir beton konstruksiyalı körpü tikilib istifadəyə verilib.

Həyata keçirilən tədbirlər nəticəsində 2021-ci ildə Yevlax rayonunun bütün yaşayış məntəqələri təbii qaz ilə təmin olunmuş və 100 faiz qazlaşma işəriaparılmışıdr.

Rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması da diqqət mərkəzində olub. Rayonun Aran qəsəbəsi ərazisində “Aqro Park” yaradılıb.   “Aqro Park” heyvandarlıq, əkinçilik, bağçılıq məhsulları və emalı istiqamətində fəaliyyət göstərəcəkdir. Burada 320 nəfər Yevlax sakininin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

“Azərşəkər” MMC-yə Yevlax rayonun ərazisində ayrılan 2000 ha ərazidə 7 km beton kanal tikilib, 39 ədəd müasir suvarma sistemi yağış yağdırma qurğuları quraşdırılıb.

Yevlaxda yeni salınan Kino parkda təşkil edilən və aparıcılar Seyran Babayev və Zümrüd Bədəlovanın idarə etdiyi konsertdə populyar müğənnilər Aysel Əlizadə, Emil Bədəlov, Nərmin Kərimbəyova,  Ramil Nabran, İlhamə Qasımova çıxış ediblər. Konsert tamaşaçıların alqışları ilə müşayət edilib.

Sonda möhtəşəm atəşfəşanlıq keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki