image-23backend

“Youtube” Braziliya prezidentinə qadağa qoyub

image-reklam_sirab_01

“Youtube” videohostinq xidməti Braziliya prezidenti Jair Bolsonaronun rəsmi kanalını bir həftə müddətinə yeni videolar yerləşdirmək imkanından məhrum edib.

Veteninfo.az-ın məlumatına görə, bu barədə ABŞ-ın “Google” şirkətinə məxsus “YouTube” xidməti məlumat yayıb.

Bildirilib ki, COVID-19 haqqında tibbi xarakterli qeyri-dəqiq məlumatların yayılması ilə bağlı qaydaları pozduğuna görə Jair Bolsonaronun kanalından video silinib:

“Biz məzmunun yaradıcısının kim olmasından və onun siyasi baxışlarından asılı olmayaraq öz siyasətimizi ardıcıl şəkildə tətbiq edirik”, – videohostinqin administrasiyası bildirib.

Qeyd edək ki, “YouTube” xidməti koronavirusa qarşı peyvəndlə bağlı yalan məlumatları silir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki