image-1backend

1 Avqust –Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

image-reklam_sirab_01

2001-ci ildən başlayaraq avqustun 1-i ölkəmizdə “Azərbaycan əlifbası günü” kimi qeyd edilir. Bu günün qeyd edilməsi həmin tarixdən etibarən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır.

Hal-hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhüriyyəti qurulduqdan sonra istifadə edilib. Sovet hakimiyyətinin işğalçılıq siyasəti nəticəsində 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilmişdir. 2001-ci il 18 iyunda “Dövlət dilinin təkmilləşdirilməsi” haqqqında fərman imzalanıb, latın qrafikasına keçid qətiləşmiş, həmin ilin avqustunda “Azərbaycan əlifbası və Azərbaycan dilinin təsis edilməsi haqqında fərman imzalanmışdır.

Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdəndir.

Heydər Əliyev çıxışlarından birində Azərbaycan dili haqqında demişdir:

“Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə

fəxr edirik.”

Heydər Əliyev ana dilimizi ən böyük sərvət adlandırmış, ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin inkişafının mümkünsüzlüyünü qeyd etmişdir. Bütün maneələrə, çətinliklərə baxmayaraq ana dilimizi qorunmasında böyük addımlar atan Ümummilli Liderin siyasi xətti cənab Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Cənab Prezident İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin

həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinə dair “Dövlət Proqramı” ilə əlaqədar bir çox sərəncamlar imzalamışdır.

Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlət başçısının bu sahədə imzaladığı fərman və sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafına təkan verir.

İlham Əliyev çıxışlarından birində bildirmişdir ki, “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirlərdən qorumalıyıq. Ana dilimiz bizim toxumulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında ana dilimiz- Azərbaycan dili müstəsna rol oynamışdır.

Ümummilli Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası günü kimi qeyd edilir.

Səadət Rəşidova

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki