image-7486b0c9-2d2b-46ca-a6ee-5cd7777ad5b7backend

“200 İLLİK BƏLADAN QURTULDUQ” – “Onları da məhv etməliyik…”

image-reklam_sirab_01

“Qarabağ separatçılarının özlərini buraxması, “qurumlarının” fəaliyyətlərini dayandırması Azərbaycan torpaqlarında 35 illik separatçı hərəkatın sonu deməkdir”.

Bunu Qarabağda gedən son prosesləri  şərhində politoloq Elxan Şahinoğlu bildirib.

O, Qarabağda separatçılığın tarixinin daha uzun olduğunu xatırladır: “Təxminən 200 il əvvəl bölgəyə köçürüldükdən sonra bizə hər zaman problem yaratdılar, qətliamlar törətdilər, müharibələr oldu. Beləliklə 200 illik bəladan qurtulduq. Bu xalqımızın və dövlətimizin ən böyük naliyyətlərindən biri sayıla bilər. Bundan sonra quruculuq işlərini sürətləndirə bilərik. Əldə etdiyimiz uğura baxmayaraq, meşələrdə gizlənmək istəyən separatçılar ola bilər. Əgər belələri olarsa onları da məhv etməliyik”.
Politoloq qeyd edir ki, Qarabağda separatçı ocağın söndürülməsi Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamaq imkanlarını artırır.

“Qarabağ Ermənistan üçün siyasi, iqtisadi və hərbi yük idi. Bu yükdən qurtuldular. Əgər Baş nazir Nikol Paşinyanın məntiqi varsa ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalayar. Doğrudur, bu halda erməni lobbisi və yerli radikallar ona mane olmağa çalışacaq. Ancaq Paşinyan hələ də cəmiyyətinin bir hissəsinin dəstəyinə malikdir. Bu dəstək onun devrilməsinin qarşısını alır. Bu Paşinyana imkan verir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinə üstünlük versin”, – politoloq bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki