image-img-20240104-wa0007backend

2023-cü il Azərbaycan üçün tam qələbə ili oldu

image-reklam_sirab_01

Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa müraciət etdi. Onun müraciətində bu qələbənin əldə olunmasında ölkə başçısı və onun rəhbərliyi ilə xalqımızın birliyinin, əzmkarlığının ifadəsini gördük. Ölkə başçısı öz çıxışında 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələrin baş verdiyini diqqətə çatdırdı. Bunlardan ən mühüm hadisə kimi Azərbaycanın öz dövlət suverenliyini bərpa etməsidir. Cənab prezidentin göstərişi ilə aparılan antiterror əməliyyatı nəticəsində düşmən qüvvələri ölkəmizin ərazisindən çıxarılmış, düşmən ordusu məhv edilmişdir. Ölkə başçısı xalqa müraciətində Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsi məsələsinə də toxunmuşdu. 2020-ci ildə ikinci Qarabağ müharibəsinin başa çatdığını, bayrağımızın Şuşada və digər azad edilmiş ərazilərdə dalğalandığını qeyd edən prezident bu qələbənin tam olmadığını, yarımçıq qaldığını vurğulamışdır. Üç il ərzində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, əksinə yeni təxribatların həyata keçirdiyini, on beş minlik Ermənistan ordusunun Qarabağdan çıxmadığını qeyd edən prezidentimizin məhz uzaqgörən siyasəti sayəsində antiterror əməliyyatı həyata keçirilmiş, düşmənin ordusu məhv edilmişdir.

İlham Əliyev öz çıxışında qeyd etdiyi kimi, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdir. Seperatçı rejimin buraxılmasını tələb edən cənab prezident onların qarşısında iki şərt qoymuşdur: ya Ermənistan ordusu ərazimizdən çıxarılmalıdır, ya da biz güc tətbiq etməklə dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Bəli, məhz cənab prezidentin düzgün siyasəti nəticəsində Azərbaycanda separatizmin kökü kəsildi. Sentyabrın 19-da başlanmış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan ordusunun tam zəfəri, qələbəsi ilə nəticələndi.
Ali Baş Komandanın öz müraciətində Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olanlara ehtiramını bir daha gördük. Öz çıxışında Azərbaycan ordusunun peşəkarlıq, qəhrəmanlıq göstərdiyini, əsgər və zabitlərimizin fədakarlıq göstərdiyini qeyd etmişdir. Cənab prezident həm birnci, həm də ikinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər və zabitlərimizin, həm mülki şəxslərin, Xocalı qurbanlarının qisasının döyüş meydanlarında alındığını bir daha nəzərə çatdırmışdır.
Hər bir Azərbaycan vətəndaşının, dünyada yaşayan hər bir azərbaycanlının haqlı olaraq qürur hissi keçirdiyini qeyd edən cənab prezident 2023-cü ilin aprel ayında ərazi bütövlüyümüzün tam bərpa edildiyini, Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin qurulduğunu, o gündən bəri Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyini bildirmişdir. Bütün bunlar cənab İlham Əliyevin Azərbaycan dövlətinin tarixində tutduğu yüksək mövqeyi bir daha bariz şəkildə göstərir.
Cənab prezident öz müraciətində bugün Qarabağ və Şərqi Zəngəzurda gedən böyük quruculuq işlərindən də danışdı. Şəhər və kəndlərimizin yenidən qurulması, beş minə yaxın köçkünün öz doğma torpaqlarına qayıtması, azad edilmiş torpaqlarda həyatın bərpa edilməsi dövlət başçısının fədakar əməyinin nəticəsi kimi qiymətləndirilə bilər. 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcəyini, Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıdacaqlarını qeyd edən cənab prezident İlham Əliyevin Azərbaycan dövləti üçün gördüyü işlərin nə qədər dəyərli olduğunun göstəricisidir.
Cənab prezidentin müraciətində iqtisadi sahədə də onun uğurlu siyasət apardığını görürük. Onun düzgün siyasəti nəticəsində Azərbaycan özünün müstəqil iqtisadiyyatını yaratmışdır, buna görə heç bir beynəlxalq maliyyə institutundan asılı deyildir.
Ali Baş Komandan ordumuzun nə dərəcədə gücləndirildiyini də çıxışında nəzərə çatdırmışdır. Bu sahədə Ali Baş Komandanın əmri ilə yeni silahlı birləşmələr yaradılmış, yeni silahlar, hərbi texnikalar alınmış, bir çox yeni kontraktlar imzalanmışdır.
Cənab prezidentin apardığı siyasət Azərbaycanın beynəlxalq nüfuzunu gündən-günə artırır. Prezidentin qeyd etdiyi kimi, dekabr ayında ən böyük beynəlxalq konfransın Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələrinin yekdil qərar qəbul etməsi, COP29 gələn il Azərbaycanda keçirələciyi kimi faktorlar dünya ictimaiyyətinin Azərbaycana, onun dövlət başçısına göstərilən böyük hörmət və rəğbətinin rəmzidir. “Dəmir yumruq” bizim zəfər salnaməmizin rəmzi idi” sözləri cənab prezidentin xalqa müraciətinin uverturası kimi səslənir. Ölkə başçısının qeyd etdiyi tarixi-zəfərimiz ikinci Qarabağ müharibəsindəki zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Bəli, “Dəmir yumruq” birliyimizin rəmzidir, xalqın, dövlətin, cənab prezidentin xalqla birliyinin rəmzidir. Əldə edilmiş bütün qələbələr, nəticələr Azərbaycan xalqının birliyini, hər zaman Ali Baş Komandanı Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirir.
Səadət Məmmədova
Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki