image-285-aydin-agazadebackend

2023-cü il HEYDƏR ƏLİYEV ilidir

image-reklam_sirab_01

Ulularımız gözəl deyiblər: “ Adam var evi üçün, adam da var eli üçün doğulur”. Belə dahi insanlardan biri də Ulu Öndərimiz Heydər Əliyevdir.
Heydər Əliyev! Tanrı onu sevərək yaratdı, qorudu, yaşatdı, ucaltdı. O da xalqını, yurdunu, el-obasını.
Bu dahi insan yalnız öz həyatını yaşamadı, günəş kimi həyatverici şüalarını, istisini, hərarətini Azərbaycanın müstəqilliyi, əbədiliyi və xoş gələcəyinə yönəltdi. Onun siyasətinə bir insanın yox, bütün azərbaycanlıların ürəyi döyünürdü, yaddaşına bir insan yox, bütün azərbaycanlıların ömrünün mənası hopmuşdu. O, bir insanın rahat , xoşbəxt, qayğısız ömrünü yox, milyonların qayğılı həyatını yaşadı.
Heydər Əliyev heç bir çərçivəyə sığmayan öz xalqının, vətəninin xoşbəxtlyi və azadlığı uğrunda canından belə keçməyə hazır olan fədakar insan idi. Belə şəxsiyyətləri tarix nadir hallarda yetişdirir və onların qədrini bilmək, zəngin həyat təcrübəsindən mütəmadi bəhrələnmək hər bir insana uğur gətirər.
Ulu Öndər Heydər Əliyev sözün əsl mənasında, yüksək ideyalar carçısı idi. Ən müqəddəs idealı Azərbaycanı azad, firavan və qüdrətli ölkəyə çevirmək idi. O bu amal yolunda ömrünü şam kimi əritdi. Azərbaycanı yaşadan, xalqı üçün yaşayan, hamımızın qəlbində əzəmətli bir abidə quran əyilməz, qüdrətli liderimiz Heydər Əliyev bu sözləri demişdir:“Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm. Bundan sonra da bu yolla gedəcəyəm. Başqa yolum yoxdur. Vətənimə, xalqıma millətimə hədsiz məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur”.
Heydər Əliyev güclü siyasətçi, mahir diplomat idi. Müdrik sərkərdə idi. Heydər Əliyev ideyalarının əsas bütöv məqsədi, məqamı Azərbaycanın əbədi azadlığı idi.
Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın çağırışı ilə hakimiyyətə xilaskar qaydışı, əslində əsl müstəqillik dövrünün başlanğıcı oldu. “Ömrümün qalan hissəsini də xalqıma qurban verərəm” –deyib Azərbaycanın xilası, əbədi qurtuluşu naminə mübarizə meydanına atılan Heydər Əliyev tarixdə misli görünməyən fədakarlıq, siyasi müdriklik nümunəsi göstərdi. 18 oktyabrla bünövrəsi qoyulan, 15 iyunda məhvolmadan xilas edilən “Milli Qurtuluş” yolu günbəgün, aybaay, ilbəil möhkəmləndi, davam və inkişaf etdirildi. 1994-cü ilin mayında atəşkəsə nail olunması, həmin ilin sentyabrında “ Əsrin müqaviləsi”nin imzalanması, Milli Ordunun yenidən qurulması, ölkə daxilində dağıdıcı anarxiya, hərc-mərcliyə son qoyulması, sosial –siyasi, iqtisadi sabitliyin bərqərar edilməsi, xüsusilə iqtisadi dirçəlişin başlanması, Lissabon sammitində 53 aparıcı dövlətin dəstəyinə nail olması, böyük İpək yolunun bərpası istiqamətində həlledici addımlar atılması – bütün bunlar “Milli Qurtuluş Günü” ilə başlayan tarixi uğurların bir hissəsidir.
Heydər Əliyev Azərbaycanda təhsilin inkişafına böyük önəm verirdi. Məhz onun rəhbərliyi altında təhsil müəssisələrinin yaradılması və respublikada məktəblərin ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali, orta ixtisas məktəbləri açılmışdır.
Heydər Əliyev həm də müasir Azərbaycan ordusunun qurucusudur.Azərbaycan ordusunun yaranması və formalaşması üçün əhəmiyyət kəsb edən faktorlardan biri də Bakıda indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə siyasi qərarın verilməsidir. Azərbaycanda yeni tipli hərbi məktəbin açılması gənc nəslin hərbi peşələrə yiyələnməsində mühüm əhəmiyyət kəsb etdi. Məhz hərbi məktəbdə təhsil alan gənclər Azərbaycan ordusunun formalaşmasına dəyərli töhfə verdilər. Azərbaycan ordusunun məlum Aprel Zəfəri, 2 il sonra Naxçıvanda baş verən “Günnut” əməliyyatı bir həqiqəti sübuta yetirdi ki, müasir dövrdə hərbi sahədə qazanılan uğurlarımız, əsası Heydər Əliyev tərəfindən yaradılan ordu quruculuğu strategiyasının məntiqi davamıdır. Həqiqətən də, Ulu Öndərin başladığı hərtərəfli islahatlar onun siyasi məktəbinin layiqli yetirməsi olan prezidentimiz-silahlı qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində qazandığımız qələbə bir daha sübut edir ki, müasir Azərbaycan ordusu vətənimizin ərazi bütövlüyünün etibarlı dayağıdır.

Aydın Ağazadə
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin evdə təhsilə cəlb olunmuş 9c sinif şagirdi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki