Ölkəmizin müxtəlif məktəblərində çalışan müəllim və direktorla baş tutan səfərimizin çox səmərəli alındığını düşünürəm.
Səfər çərçivəsində qardaş ölkənin İstanbul Aydın, Galata və Yeni Yüzyıl Universitetlərini eyni zamanda Bil Okullarını ziyarət etdik.
Müəllimlərimiz təlim və tədbirlərdə iştirak edərək sertifikatlə təltif olundular.
Son dövrlər təhsil sahəsində aparılan islahatlar haqda türkiyəli həmkarlara məlumat verildi.
Diqqətimi çəkən məqam isə o oldu ki, müəllimlərin və direktorların işə qəbulu eyni zamanda sertifikasiya prosesinin şəffaflaşdırılması və imtahanla baş tutmasından sonra xeyli gənc müəllim və direktor vəzifəyə seçilib. Onlar da durmadan öz üzərində çalışan və innovativ, kreativ düşüncələrə malik gənclərdir. Düşünürəm ki, yaxın illərdə bu islahatların nəticəsini cəmiyyətimiz də hiss edəcək.



























