image-ddddbackend

6 ayda bu qədər ailə dağılıb

image-reklam_sirab_01

Bu ilin ilk altı ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Veteninfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2021-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23 231 nikaha daxilolma və 8 168 boşanma halı qeydə alınıb.

Əhalinin hər 1 000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki