image-reklam-veteninfo
image-1backend

600 balla tələbə olmayanlar kimlərdir? – AÇIQLAMA

image-reklam-veteninfo

Yüksək bal toplayan bəzi abituriyentlərin istədiyi ixtisasa qəbul ola bilməməsi seçim strategiyası ilə bağlı suallar yaradır.

600-dən çox bal toplayan abituriyent hansı səbəblərdən istədiyi ixtisasa düşməyə bilər?

Təhsil eksperti Məzahir Məmmədli  açıqlamasında deyib ki, ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlər həmişə arzuladıqları və istədikləri ixtisası seçə bilmirlər.

Onun fikrincə, bunun səbəbi müəyyən keçid ballarının əvvəlcədən müəyyən olunması və həmin bala uyğun ixtisas seçimi imkanının yaradılmasıdır. Ekspertin fikrincə, bu problemdən xilas olmaq üçün “15 ixtisas” modeli aradan qaldırılmalıdır.

O bildirib ki, hər kəs topladığı bal nəzərə alınmaqla sevdiyi və seçdiyi ixtisasa getmək imkanına sahib olmalıdır. M.Məmmədli bu il xüsusi narahatlıq doğuran məsələlərdən birinin Respublika Fənn Olimpiadası qaliblərinin ali təhsil müəssisələrinə imtahansız qəbulu ilə bağlı olduğunu da vurğulayıb: “680-690 bal toplayıb, yəni bu artıq maksimuma yaxın bir göstəricidir, lakin onlar istədikləri ixtisasa düşə bilmədilər. Çünki bu, Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlcədən planlaşdırılmış plan yerlərinin dolmasına səbəb oldu. Həmin yüksək bal toplayan abituriyentlər bu prosesdən kənarda qaldılar”.

Ekspert söyləyib ki, bu məsələyə diqqət yetirilməli və ən azı Respublika Fənn Olimpiadası qaliblərinin imtahansız qəbul olunması üçün ayrıca plan yeri ayrılmalıdır. Həmin şəxslərin qəbulu yüksək bal toplayan digər abituriyentlər üçün nəzərdə tutulan plan yerlərinə hesablanmamalıdır:

“Ümumilikdə abituriyentlər arasında Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərə qarşı birmənalı münasibət formalaşmayıb. Onlar özəl universitetlərdən məzun olduqdan sonra iş tapmaq imkanlarının məhdud olacağını düşünürlər. Bu da özəl universitetlərin PR işinin zəifliyi ilə əlaqəlidir. Özəl universitetlər də Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş standartlara uyğunlaşdırılmış və qəbul olunmuş, akkreditasiyadan keçmiş ali təhsil müəssisələridir”.

M.Məmmədli bu il ali təhsildən kənarda qalan abituriyentlərin sayının da faciəli hal olmadığını düşünür.

O hesab edir ki, təxminən 28 mindən çox abituriyentin kənarda qalması normal haldır:

“Çünki 61 min yerə qarşı 87 mindən artıq, abituriyent mübarizə aparırdı. Əlbəttə ki, nəticələr bu cür olmalı idi”.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı əsasında, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.Sfera.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki