image-absbackend

ABŞ casus şəbəkəsini Bakıda niyə toplayır? -SENSASİON DETALLAR

image-reklam_sirab_01

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda güc mərkəzinə çevrilməsini görən Qərb və ABŞ regionda öz ruporlarından istifadə etməyə başladı. Qərbin və ABŞ-ın fondları Azərbaycanı təsir altına salmaq üçün məhz bu fondlardan istifadə etmək istəyirdilər.

Qərb təşkilatlarının Azərbaycana marağının təsadüfi olmadığı məlumdur. Xüsusən də onların əvvəlki dövrlərdə bir sıra hallarda ödənişsiz ingilis dili kurslarının təşkili diqqəti çəkirdi. ABŞ və Avropa təşkilatlarının “xeyirxah” davranışı hər kəsin diqqətini cəlb etməmiş deyil.  

Belə bir rəy var ki, Qərb təşkilatlarının və Amerikanın himayəsində olub Azərbaycanda uşaqlara ingilis dili öyrədən kurslarda şagirdlər və Qərbdə təhsil alıb gəlmiş mütəxəssislər arasında Qərbin casus şəbəkəsi qurulur.

Bu nə qədər doğru iddia ola bilər? Belə ehtimallar ola bilərmi?

Bəzi ekspertlər deyir ki, o təşkilatlar və ABŞ-a bağlı qurumlar ölkəmizdə özünün casus şəbəkəsini yaratmaq üçün kifayət qədər cəhdlər göstərib, müxtəlif təhsil proqramları həyata keçirməklə, kurslar təşkil etməklə bunu həyata keçirmək niyyəti güdüblər. İngilisdillilər arasında bu işinin aparılmasının xüsusilə hədəfləndiyini deyən eksperlərin fikrincə, ABŞ-a bağlı təşkilatlar Azərbaycanda onlara sadiq insanların yetişdirilməsinə az maraq göstərmir.

Daha bir maraqlı məqam isə ABŞ səfirliyinin birdən birə Bakıda böyük bir tədbir kecirəcəyini açıqlamasıdır. Məqsəd nədir və bu tədbir nə üçün keçiriləcək?

ABŞ səfirliyi noyabrın 27-də 18:30-da Bakıda məşhur “JW Marriott Absheron” hotelində ABŞ-da təhsil almış insanlarla “məzun günü ” keçirəcəyini açıqlayıb.  Bir sözlə ABŞ yeni maraqları naminə öz “cəsus”larını hərəkətə keçməyə cağırır. Görünən isə odur ki, artıq enerji ölkəsinə çevrilən,  qalib Azərbaycan bu təhdidlər qarşısında geri çəkilməyəcək.
Görünür ABŞ ölkəmizə qarşı ikili standartlar sərgiləməyə bundan sonra da davam edəcək.

Nahid Canbaxışlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki