image-3d9ea6a6-83b3-3ca2-8b96-399a7891603b_850backend

ABŞ Finlandiyaya 500 milyon dollarlıq raket satışına icazə verib

image-reklam_sirab_01

Dövlət Departamenti Finlandiyaya ABŞ-ın 535 milyon dollar dəyərində GMLRS idarə olunan raketləri və digər avadanlıqlarının mümkün satışını təsdiqləyib.

Bu barədə CNN məlumat yayıb.

“Ehtimal edilən satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq, çünki bu, Avropada sabitliyin qorunmasında mühüm rol oynayan etibarlı tərəfdaşın müdafiəsini gücləndirməyə kömək edəcək. Finlandiyanın inkişafına və güclü özünümüdafiə potensialını dəstəkləməsinə yardım etmək ABŞ-ın maraqları üçün çox vacibdir.”, – Pentaqonda qeyd ediblər.

Amerika tərəfi hesab edir ki, Finlandiya hakimiyyəti bu raketlərdən “milli ehtiyatlarını artırmaq, Avropanın şimal cinahında quru və hava hücumundan müdafiəni gücləndirmək” üçün istifadə edir.

“Milli ehtiyatların yaradılması Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Finlandiyanın müdafiəsi üçün mühüm rol oynayır”, – bəyanatda izah edilib.

ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə rəsmi məlumat verib. İndi qanunverici orqanın potensial razılaşmanı nəzərdən keçirmək üçün 30 günü var.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki