image-64526a9ca2c8ebackend

ABŞ Türkiyəyə şok təklif: Bu silahları Ukraynaya verin

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu “ABŞ Türkiyənin Rusiyadan aldığı S-400 Hava Hücumundan Müdafiə Sistemini Ukraynaya göndərməyi təklif etsə də biz bu təklifi rədd etdik” deyib.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayında Türkiyə Rusiya Federasiyası ilə iki eskadrilya (4 batareya) S-400 Hava Hücumundan Müdafiə Sisteminin (HSS) “təcili ehtiyac” çərçivəsində tədarükü üçün 2,5 milyard dollarlıq müqavilə imzalayıb. Bu razılaşma ilə Türkiye Rusiyadan S-400 alan ilk NATO ölkəsi olub.

1,3 milyard dollar dəyərində ilk S-400 donanması da daxil olmaqla hissələrin tədarükü 2019-cu ilin iyul ayından etibarən Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki