image-1backend

“ABŞ və Azərbaycanın bir-birinə ehtiyacı var” – Nəsib Məhəməliyev

image-reklam_sirab_01

ABŞ- Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur. Bir müddət öncə bir çox məsələlərdə Azərbaycanı ittiham  edən ABŞ rəsmiləri artıq dialoq yolunu tutublar. Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək bəzi məsələrəi müzakirə etdilər Ardınca isə daima Azərbaycanı tənqid edən BŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen  Azərbaycana gəldi. O’Brayen səfəri ABŞ- Azərbaycan münasibətlərinə hansı töhfəni verə bilər.

image-nesib66

Milli Məslisin deputatı Nəsib Məhəməliyev hesab edir ki, ABŞ Dövlət katibinin köməkçisi O’Brayenin Bakıya səfəri, son zamanlar iki ölkə arasında süni şəkildə yaradılmış gərginliyin aradan qaldırılmasına xidmət edəcəkdir.

“O’Brayenin Azərbaycan əleyhinə çıxışlarına gəldikdə isə , belə bir deyim var; dövlətlərarası münasibətlərdə dostluqdan, tərəfdaşlıqdan daha çox maraqlar əsas rol oynayır. ABŞ- ı ilə Azərbaycan arasında bir çox sahələr üzrə ciddi əməkdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkənin bir-birinə ehtiyacı var və siyasət də həmin maraqlar üzərində qurulur. Burada, ayrı-ayrı fərdlərin mövqeyi həlledici ola bilməz.”-deyə Nəsib Məhəməliyev bildirib.

Millət vəkili hesab edir ki, bu görüş Azərbaycan -Ermənistan arasında  sülh müqaviləsinin bağlanmasına təkan ola bilər.

“Bu il sülh müqaviləsinin bağlanması real deyil. Çünki il artıq sona çatır və görünən odur ki, sülh müqaviləsinin imzalanması üçün razılaşdırılmamış prinsipial xarakter daşıyan problemlər qalmaqdadır. Ermənistanın təkid etdikləri Qarabağ erməniləri ilə bağlı məsələdən isə, ümumiyyətlə söhbət gedə bilməz.”-deyə millət vəkili əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki