image-adil55backend

Adil Əliyev: “Mərd Azərbaycan qadınının böyütdüyü qəhrəman övladlar öz canları bahasına tarixi torpaqlarımızı düşməndən azad etdi”

image-reklam_sirab_01

Milli Məclisin sədr müavini Adil Əliyev xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Vətəninfo.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Başda şəhid anaları olmaqla, əziz xanımlar, Sizi “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, təhsil və iş həyatınızda uğurlar, xoşbəxtlik arzu edirəm. Mərd Azərbaycan qadınının böyütdüyü qəhrəman övladlar öz canları bahasına tarixi torpaqlarımızı düşməndən azad edərək, bizə tarixi qələbə bəxş etdi və bir daha dünyaya gücümüzü nümayiş etdirdi. Əziz şəhid anaları, şəhidlərimizin yadigarları Sizə ən səmimi arzularımızı bildirir, bir daha uzun ömür, can sağlığı arzulayıram. Bayramınız mübarək!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki