image-reklam-veteninfo
image-1backend

ADY-yə SƏRT etiraz: “Ümid edək burada da sərnişinlərə zorla yemək satmayacaqlar”

image-reklam-veteninfo

Bakı-Tbilisi-Bakı qatarında qiymətlərin necə olacağını hələlik Azərbaycan Dəmir Yolları açıqlamayıb. Ümid edirəm Bakı-Balakən qatarında tətbiq edilən “komfort”, “elit” prinsiplər , zorla yemək seti təqdim etmək prinsipləri olmayacaq.

Bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz 26 may tarixində açılacağı gözlənilən Bakı -Tbilisi qatar biletlərinin qiyməti barədə danışarkən deyib.
O.Gündüz bildirib ki, 5 illik fasilədən sonra bərpa olunan Bakı-Balakən qatarı üçün müəyyən olunan qiymətlər də hədsiz yüksək idi:

“Qiymətləri Azərbaycan Dəmir Yolları “komfort”, “VIP zal”, “dünya təcrübəsi” ilə izah etmişdi. Hansı ki, daxili bir reysdə vətəndaşa zorla mənasız bir yemək seti təklif edərək, qiyməti süni qaldırmaq halıyla heç bir yerdə rastlaşmaq mümkün deyil.
Öz evindən gələn yerli vətəndaşların əksəriyyəti isə gecə 12-də verilən bu setdən istifadə etmir. Zorla təqdim edilən yemək seti yalnız qiymət artımına şərait yaradır ki, həm də məhz buna görə də SV-nin qiyməti 72-100 manat arasında dəyişir. Əvvəllər bu 22 manat 50 qəpik olub.
Ümumiyyətlə isə ADY-nin təklif etdiyi qiymətlər vaqonun tipindən asılı olaraq əvvəlkilərdən 3-4 dəfə bahadır.
Qeyd olunan yemək setinin zorla deyil, seçimlə olması, yalnız turistlərə təqdim edilməsi təklifini isə ADY rəhbərliyi indiyədək yaxın buraxmayıb.
ADY-nin son illərdə dəmir yolu infrastrukturunun bərpası istiqamətində atdığı addımlar nə qədər təqdirəlayiq olsa da, təklif etdiyi qiymət siyasəti heç bir halda ağlabatan olmayıb.
Qatarla sərnişindaşıma gündəlik istifadə olunan ictimai bir minik növüdür.
Onu “komfort”, elit bir formaya salmaqla zorla yemək seti verib süni qiymət artımı yaratmaq doğru bir hal deyil. İctimai nəqliyyat üçün bu tip yanaşma qüsurludur.
Bakı-Tbilisi qatarının qiymətlərin necə olacağını hələlik ADY açıqlamayıb. Ümid edirəm Bakı-Balakən qatarında tətbiq edilən “komfort”, “elit” prinsiplər, zorla yemək seti təqdim etmək prinsipləri olmayacaq”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki