image-22backend

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

image-reklam_sirab_01

Ağstafa RİH başçısı aparatının akt zalında Seymur Orucovun sədrliyi ilə keçirilən geniş tərkibli iclasda Şura üzvləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli bələdiyyə sədrləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəölkəmizin suverenliyinin, ərazi bütövlüyünün qorunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şura iclasında giriş nitqi söyləyən RİH başçısı bildirib ki,ulu öndər Heydər Əliyevin müdrik siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli qoyulmuşdur.Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gündən-günə inkişaf edən, bütün dünyada durmadan siyasi nüfuzunu, sosial-iqtisadi və hərbi potensialını artıran güclü ölkəyə çevrilmişdir.O cümlədən regionların hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları təsdiq olunmuşdur. Dövlət Proqarmlarının icrası makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, aqrar sənaye komplekslərinin inkişafı və əhalinin rifah halının daha da yaxşılaşdırılmasındamüstəsna rol oynamışdır.

Seymur Orucov Şura iclasının gündəliyində duran məsələləri diqqətə çatdırıbvəsözü məruzəçilərə verib.
RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova,Ağstafa rayon Heydər Əliyev Mərkəzinin işinin daha da canlandırılması, Ulu Öndərin siyasi irsinin öyrənilməsi, gənclərin dünya görüşünün genişləndirilməsi istiqamətində əsas ideoloji mərkəz kimi işin təşkilinə dair geniş məruzə ilə çıxış edib.

Digər məsələrlə bağlı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənəm Budaqova, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında 2022-ci ildə vətəndaşların,Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev isə şəhid ailələri və qazilərin müraciətlərinə baxılmasının mövcud vəziyyəti barədə ətraflı məlumat veriblər.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü Mirzahid Hacıyevçıxışında2022-ci ilin 9 ayı ərzində Şura tərəfindən görülmüş işlərə dair hesabat verib.
Şuranın gündəliyində duran hər bir məsələ ətrafında geniş müzakirələr aparılıb, mövcud çatışmamazılıqların aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə məsul şəxslərə tövsiyələr vəkonkret tapşırıqlar verilib.Qeyd olunan məsələlər Şuranın müvafiq protokoluna daxil edilib, görülmüş işlər və qarşıda duran həlli vacib məsələlərin icrası ilə bağlı qərar qəbul edilib.

Sonda Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr, müavin və üzvlərinə müvafiq vəsiqələr təqdim olunub.

image-11 image-22 image-33 image-44 image-55 image-66


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki