image-img-20230607-wa0041backend

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

image-reklam_sirab_01

Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucovun sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısı iclası giriş nitqi ilə açaraq gündəlikdə duran məsələlər haqqında iclas iştirakçılarına ümumi məlumat verib.
Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev, kənd təsərrüfatı məhsulları istehsalçılarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar su idarələrinin işinin daha səmərəli təşkil olunması, meliorasiya və irriqasiya tədbirlərinin görülməsi istiqamətində aparılan işlərin keyfiyyətinin yaxşılaşdırılması, Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev, Şəmkir Regional Qaz İdarəsinin Ağstafa Xidmət sahəsində, Ağstafa Telekommunikasiya Qovşağında, Ağstafa MKTB-də, Ağstafa Sukanal idarəsində və Ağstafa Elektrik şəbəkəsində görülmüş işlər, daxil olmuş ərizə, şikayət məktublarının baxılmasının vəziyyəti barədə, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahhüseyn Qurbanov sənədlərlə işə dair təlimatın tələblərinə əməl olunması və vətəndaş müraciətlərinə baxılması sahəsində ötən dövr ərzində görülən işlər və bələdiyyələrlə əlaqəli işin təşkili barəsində Aşağı Göycəli və Düzqışlaq kənd ərazi dairələri üzrə nümayəndələrin hesabatlarına dair geniş məruzələrlə çıxış ediblər.

Gündəlikdə duran hər bir məsələyə dair geniş müzakirələr aparılıb. Seymur Orucov aradşırılan nöqsanların aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tövsiyə və tapşırıqlarını verib. Qeyd olunan məsələlər Şuranın protokoluna daxil edilib. Yekunda görülən işlər və qarşıda duran həlli vacib məsələlərin icrası ilə bağlı qərar qəbul edilib.

image-img-20230607-wa0045 image-img-20230607-wa0043 image-img-20230607-wa0044 image-img-20230607-wa0042 image-img-20230607-wa0041 image-img-20230607-wa0040 image-img-20230607-wa0038 image-img-20230607-wa0039

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki