image-img-20230602-wa0022backend

Ağstafa RİH başçısı Seymur Orucov Düzqışlaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

image-reklam_sirab_01

Düzqışlaq kənd tam orta məktəb binasının akt zalında keçirilən vətəndaş qəbulunda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

RİH başçısı giriş nitqi söyləyərək ölkəmizin davamlı inkişafı naminə Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, işqaldan azad olunmuş ərazilərə reallaşdırılan “Böyük Qayıdış” konsepsiyasından, orada həyata keçirilən nəhəng quruculuq işlərindən söz açaraq qeyd edib ki, dövlətimizin başçısının öz ad günündə, ümumiyyətlə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan əlamətdar tarixlərdə Qarabağa tez-tez səfərləri ilə vətəndaşlarının, gecə-gündüz Vətənin keşiyində duran hərbçilərimizin, sadə insanların yanında olması dövlətimizlə xalqımızın sarsılmaz birliyinin təcəssümüdür.
Səyyar qəbulda əhalini maraqlandıran müxtəlif məzmunlu məsələləri diqqətə çatdıran vətəndaşların təklif və müraciətləri nəzarətə götürülüb. Hər bir məsələnin həlli ilə bağlı aidiyyəti üzrə məsul şəxslərlə birlikdə müvafiq müzakirələr aparılıb.

image-img-20230602-wa0023image-img-20230602-wa0024image-img-20230602-wa0022image-img-20230602-wa0020image-img-20230602-wa0021image-img-20230602-wa0019

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki