Vətəndaş qəbulu müvafiq qrafikə uyğun olaraq Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binasının akt zalında təşkil olunub. RİH başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatların nümayəndələrinin iştirak etdiyi qəbulda vətəndaşlar tərəfindən müxtəlif məzmunlu təklif və müraciətlər diqqətə çatdırılıb. Hər bir məsələnin həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyə və nəzarət qaydasında tapşırıqlar verilib.
RİH başçısı çıxışında qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıraraq və uğurlu diplomatik fəaliyyət həyata keçirərək tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib. Şanlı Ordumuzun düşmən üzərində qazandığı Zəfər xalqımızın əbədi qürur mənbəyi, dövlətimizin isə gücünün göstəricisidir. Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunda icra olunan sosial infrakstruktur layihələr, həyata keçirilən abadlıq-quruculuq, əsaslı yenidənqurma təbbirlərindən də geniş bəhs olunub.