image-3backend

Ağstafa RİH başçısı Seymur Orucov Poylu qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

image-reklam_sirab_01

Poylu qəsəbə tam orta məktəb binasının akt zalında keçirilən səyyar qəbulda başçının müavinləri, aparatının şöbə müdirləri, rayonun-hüquq mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

RİH başçısı çıxış edərək qeyd edib ki, ölkəmizin davamlı inkişafı naminə Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada özünü sübut etmişdir. Vətən müharibəsində əldə olunan tarixi Qələbə ilə Cənubi Qafqazın lider dövləti kimi ölkəmiz regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında söz sahibinə çevrilmişdir.

Səyyar qəbulda vətəndaşların təklif və müraciətlərinə dair qanunamüvafiq izahatlar verilib. Nəzarətə götürülən hər bir məsələ ətrafında aidiyyəti üzrə məsul şəxslərlə birlikdə geniş müzakirələr aparılıb. Məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər müəyyən edilib.

Poylu qəsəbə ictimaiyyətinin nümayəndələri ölkəmizdə höküm sürən əminəmanlıq və əhalinin sosial rifah halının yüksəldilməsinə, eləcə də Ağstafada icra olunan abadlıq-quruculuq tədbirlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

image-1 image-2 image-3 image-4 image-5 image-6

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki