image-img-20230818-wa0032backend

Ağstafa RİH başçısı Seymur Orucov Qırılı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

image-reklam_sirab_01

Müvafiq qrafikə uyğun olaraq Qırılı kənd tam orta məktəbin həyətində təşkil olunan səyyar qəbulda aidiyyəti üzrə məsul şəxslər və kənd sakinləri iştirak ediblər.

RİH başçısı çıxışında Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin mərkəzində Azərbaycan vətəndaşına qayğı, onların maraqlarının təmin olunması və sosial rifahının yüksəlməsinin durduğunu qeyd edərək diqqətə çatdırıb ki, yerlərdə səyyar qəbulların keçirilməsinin başlıca məqsədi də əhalinin problemlərinin dərindən öyrənilməsi və operativ həllinə nail olmaqdan ibarətdir.
Vətəndaşların irəli sürdükləri müxtəlif məzmunlu müraciət və təkliflər qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan hər bir məsələ ətrafında müzakirələr aparılıb, həlli ilə bağlı aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbulda iştirak edən kənd ictimaiyyətinin nümayəndələri Azərbaycanın uğurlarının əsas amili olan möhkəm ictimai-siyasi sabitlik və əmin-amanlığa görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

image-img-20230818-wa0038 image-img-20230818-wa0036 image-img-20230818-wa0037 image-img-20230818-wa0035 image-img-20230818-wa0034 image-img-20230818-wa0032 image-img-20230818-wa0033 image-img-20230818-wa0031

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki