image-6-agstafaya-baxishbackend

Ağstafa şəhərindəki mövcud vəziyyət növbəti dəfə nəzərdən keçirilib.

image-reklam_sirab_01

Seymur Orucov müavinləri, rayonun-hüquq mühafizə orqanlarının rəhbərləri və aidiyyəti üzrə məsul şəxslərlə birlikdə Ağstafa şəhərində mövcud vəziyyəti növbəti dəfə nəzərdən keçirib.

Məlum olduğu kimi ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq martın 18-dən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə olaraq sürətli qatarla sərnişin daşımaları həyata keçirləcəkdir. Bununla əlaqədar respublikamızın ən böyük dəmiryol vağzallarından biri olan Ağstafa Dəmiryol Stansiyası və ətrafdakı mövcud şəraitə diqqət yetirilib, bununla əlaqədar görülən işlər təhlil olunub və aidiyyəti üzrə müvafiq tövsiyələr verilib. Həmçinin Ağstafa rayon Avtovağzalına da baxış keçirilib, oradakı şərait və sərnişindaşıma məsələləri ilə bağlı xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində avtovağzal rəhbərliyi ilə söhbət aparılıb.

Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının həyətlərində növbəti “Abad həyət” layihəsinin icra olunduğu H.Arif küçəsindəki 33 mənzilli yaşayış binasının sakinləri ilə görüş keçirilib, işlərə dair onlarla fikir mübadiləsi aparılıb.

Şəhərə baxış zamanı ictimai-iaşə, ticarət və xidmət sahələrindən yararlanan sakinlərin fikirləri öyrənilib, onların əlavə istək və təkliflərinə uyğun məsul şəxslərə müavfiq tövsiyə və tapşırıqlar verilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki