image-img-20230824-wa0006backend

Ağstafada “2023-cü il Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib

image-reklam_sirab_01

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının konfrans zalında keçirilən tədbirdə Seymur Orucov, müavinləri, məsul şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısı qeyd edib ki, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyev bu sahədəki fəaliyyətinə Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır. Bu gün Ümummilli Liderin əsasını qoyduğu dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi bu sahədə hərtərəfli inkişafın bariz nümunəsidir.
Digər natiqlər, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi İndira Vəliyeva, Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbin coğrafiya müəllimi Vüsal Həsənov və rayon Mədəniyyət Mərkəzinin müdiri Xuraman Əzimova “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda geniş məruzələrlə çıxış edib, ana dilimizin inkişafı və qorunması sahəsində Ulu Öndərin göstərdiyi misilisiz xidmətlərdən söz açıblar.

image-img-20230824-wa0006 image-img-20230824-wa0003 image-img-20230824-wa0005 image-img-20230824-wa0004 image-img-20230824-wa0002 image-img-20230824-wa0001 image-img-20230824-wa0000


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki