Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, müavinləri və bir qrup dövlət qulluqçusu iştirak edib. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusunun əziz xatirəsini ehtiramla yad ediblər.
RİH başçısı dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dövlət idarəetmə sistemində reallaşdırdığı köklü islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, nəticədə ölkəmizdə dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılıb, ən müasir dövlət qulluğu sistemi formalaşdırılıb.
Fəaliyyətlərində fərqlənən dövlət qulluqçuları Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar.