image-4backend

Ağstafada “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda şagirdlər arasında elektron inşa müsabiqəsi keçirilib

image-reklam_sirab_01

2023-cü il “Heydər Əliyev İli” ilə bağlı Ağstafa RİH-in Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda elektron inşa müsabiqəsi keçirilib. Əvvəlcə 36 məktəbdə  məktəb mərhələsi keçirilib və yekun nəticələrə əsasən ümumilikdə 62 nəfər şagird Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin idman zalında təşkil olunmuş əsas mərhələdə iştirak etmək hüququ qazanıb.

Dövlət Himnimizin səsləndirilməsi, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra inşa müsabiqəsinə start verilib.

Şagirdlərin inşaları müsabiqənin münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndiriləcəkdir. Qaliblər müvafiq fəxri fərman və hədiyyələrlə təltif olunacaqlar.

image-1 image-2 image-3 image-4 image-5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki