image-img-20230614-wa0047backend

Ağstafada “Milli Qurtuluşumuzun 30-cu ildönümü” mövzusunda tədbir keçirilib

image-reklam_sirab_01

Ölkəmizdə “2023-cü il Heydər Əliyev İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ağstafa Aqrar Sənaye Kompleksinin böyük akt zalında “Milli Qurtuluşumuzun 30-cu ildönümü” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH başçısı Seymur Orucov, rəsmi qonaqlar, şəhid ailələrinin üzvləri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilatların məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirin keçirildiyi zalda Dövlət Himnimiz səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükut elan olunub.
Daha sonra səhnənin böyük monitorunda nümayiş etdirilən “15 iyun–Milli Qurtuluş Günü və onun müəllifi, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev” mövzusunda video reportaja tamaşa olunub.
Tədbiri giriş sözü ilə açan Seymur Orucov qeyd edib ki, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtması ilə ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Digər çıxışçılar Ağstafa YAP rayon Təşkilatının sədri Etibar Hacıyev, DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialının Ağstafa rayon şöbəsinin müdiri Asif Qənbərov, rayon Mərkəzi Xəstəxanasının həkimi Murad Babakişizadə, rayon Mədəniyyət Mərkəzinin direktor əvəzi Xuraman Əzimova da Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, onun gələcək həyatını müəyyən edən və tariximizə ulu öndər Heydər Əliyev tərəfindən qızıl hərflərlə həkk olunan 15 İyun – Milli Qurtuluş Günü haqqında geniş məruzələr söyləyiblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup şəxs Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar.

image-img-20230614-wa0050 image-img-20230614-wa0048 image-img-20230614-wa0049 image-img-20230614-wa0046 image-img-20230614-wa0047 image-img-20230614-wa0044 image-img-20230614-wa0045


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki