image-1-1backend

Ağstafada Qurban bayramı günlərində Çadır tipli müasir heyvan kəsimi məntəqəsi fəaliyyət göstərir

image-reklam_sirab_01

Qurban bayramı günlərində Ağstafada qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən Çadır tipli müasir heyvan kəsimi məntəqəsində təşkil olunur.
Kəsim məntəqəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğun, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsinin 462-ci km-liyində, Dövlət Bayrağı Meydanının yaxınlığında qurulub.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə kəsim məntəqəsindəki mövcud şəraitlə yaxından tanış olub. Satıcılar ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq yaradılan xüsusi şərait üçün, eləcə də alıcılar qiymətlərin münasibliyinə görə dərin minnətdarlıqlarını ifadə edirlər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki