image-img-20230511-wa0037backend

Ağstafada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert təşkil olunub

image-reklam_sirab_01

“Heydər Əliyev İli” çərçivəsində “Ağstafa Aqrar Sənaye Kompleksi”ndə Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş mədəni-kütləvi tədbirdə RİH başçısı Seymur Orucov, şəhidlərimizin ailə üzvləri, qazilər, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, “N” saylı hərbi hissələrin əsgər və zabit heyəti, ictimaiyyət nümayəndələri, rayon sakinlər iştirak ediblər.
Ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə əsl bayram ab-havası şəraitində keçən konsert proqramı ağstafalılar tərəfindən böyük coşğu ilə qarşılanıb. Sonadək izdihamla müşayiət olunan konsert proqramında dahi rəhbərə həsr olunmuş şeirlər səsləndirilib, eləcə də Ulu Öndərə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri ifa olunub, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr onlara ərməğan olunub.
Konsert proqramının sonunda təşkil olunan atəşfəşanlıq mənzərəsini tədbir iştirakçıları böyük maraqla izləyiblər.

image-img-20230511-wa0044 image-img-20230511-wa0045 image-img-20230511-wa0042 image-img-20230511-wa0043 image-img-20230511-wa0040 image-img-20230511-wa0041 image-img-20230511-wa0038 image-img-20230511-wa0039 image-img-20230511-wa0037


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki