image-img-20230727-wa0012backend

Ağstafada vətəndaşların növbəti səyyar qəbulları keçirilib

image-reklam_sirab_01

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Qarahəsənli və Xılxına kəndlərində vətəndaşların növbəti səyyar qəbullarını keçirib.

Qəbullarda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Seymur Orucov çıxışlarında qeyd edib ki, ölkəmizin davamlı inkişafı naminə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi beynəlxalq aləmdə özünü sübut etmiş, həmçinin Cənubi Qafqazın liderinə çevrilmişdir. Bir daha diqqətə çatdırılıb ki, ölkə rəhbərliyinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq yerlərdə səyyar qəbulların təşkilinin başlıca məqsədi əhalini narahat edən məsələləri dərindən araşdıraraq operativ həllinə nail olmaqdan ibarətdir.
Səyyar qəbullarda vətəndaşların qaldırdıqları məsələlər ətrafında aidiyyəti üzrə məsul şəxslərlə birlikdə geniş müzakirələr aparılıb, həlli ilə bağlı müvafiq tədbirlər müəyyən edilib.

image-img-20230727-wa0015 image-img-20230727-wa0014 image-img-20230727-wa0013 image-img-20230727-wa0012 image-img-20230727-wa0011 image-img-20230727-wa0010 image-img-20230727-wa0009


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki