image-dsc_1111-1backend

Ağstafalı Vətən müharibəsi şəhidi Bahaləddin İsmayılovun doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub

image-reklam_sirab_01

Ağstafanın Muğanlı kəndindən olan Vətən müharibəsi şəhidimiz İsmayılov Bahaləddin Temraz oğlunun doğum günü münasibəti ilə ailəsi ziyarət olunub. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aparatının məsul əməkdaşları ilə birlikdə şəhidimizin ailə üzvləri ilə söhbət aparıb, onların qayğıları ilə yaxından maraqlanıb.
Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqqçusu olan Bahaləddin, oktyabrın 29-da Şuşa şəhərinin azadlığı uğrunda gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və ölümündən sonra “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki