image-ashaqi-kesemen-7backend

Ağstafanın Aşağı Kəsəmən kəndində Şəhidlər Bulağı abidə-kompleksi istifadəyə verilib

image-reklam_sirab_01

Ağstafada şəhidlərimizin xatirəsinə növbəti bulaq abidə-kompleksinin açılışı Aşağı Kəsəmən kəndində olub. Kompleksdə altı nəfər 1-ci Qarabağ mühairbəsi və iki nəfər Vətən müharibəsi şəhidimizin xatirə lövhəsi həkk olunaraq adları əbədiləşdirilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Xatirə lövhələrinin önünə tər qərənfillər düzülüb, şəhidlərin torpaq uğrunda göstərdikləri qəhrəmanlıq nümunəsindən söz açılıb. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şerlər səsləndirilib.

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki