image-55backend

Ağstafanın Kür çayının sol sahil yaşayış məntəqələrindən olan Qarayazı qəsəbəsində mövcud şərait araşdırılıb

image-reklam_sirab_01

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Kür çayının sol sahil yaşayış məntəqələrindən olan Qarayazı qəsəbəsində mövcud şəraiti yerində öyrənib, sakinləri narahat edən məsələləri araşdıraraq nəzarətə götürüb. Tədbirdə başçının rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatlarının rəhbərləri iştirak ediblər. Sakinlərin qaldırdıqları məsələlərə dair müzakirələr aparılıb və onların həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd olunub ki, qəsəbədə son aylarda görülən işlər çərçivəsində Qarayazıdan olan Vətən müharibəsi şəhidimiz Aqil Salyayevin xatirəsinə  Şəhidlər Bulağı inşa olunub, sakinlərin müraciətinə əsasən ərazidə bir ədəd avtodayanacaq quraşdırılıb, suvarma arxlarında zəruri təmizlik işləri həyata keçirilib, əhalinin istifadəsində olan əkin sahələrinə gediş-gəlişi yaxşılaşdırmaq məqsədilə 5 ədəd su keçidi salınıb, yeni məhəlləyə gedən yol xırlanaraq hamarlanıb, bir ədəd elektrik transformatoru təmir olunub və yararsız elektrik dirəkləri yenisi ilə əvəz olunubdur.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki