image-1backend

“Aİ Rusiya-İran hərbi əməkdaşlığından narahatdır “- Cozef Borrel

image-reklam_sirab_01

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrel İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefon danışığında, İranın Rusiya ilə hərbi əməkdaşlığından narahatlığını bildirib.
Vətəninfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb:
“Mən İran XİN başçısı Abdullahiyan ilə digər məsələlərlə yanaşı, İranda həbsdə olan Avropa vətəndaşlarının azad edilməsinin və fundamental insan hüquqlarına hörmətin təmin edilməsinin vacibliyi haqqında danışdım. Biz İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə dialoqu müzakirə etdik. Rusiya ilə hərbi əməkdaşlıqdan dərin narahatlığımı dilə gətirdim”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki