image-624d2442dd29d624d2442dd29e1649222722624d2442dd299624d2442dd29b-1backend

AİB Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırıb

image-reklam_sirab_01

Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda real ÜDM-in artım tempi 3,7% təşkil edəcək.

Veteninfo.az-ın AİB-in yeni “Asian Development Outlook 2022” hesabatına istinadən verdiyi məlumata görə, bu bankı sonunuc sentyabr proqnozu ilə müqayisədə 1,2 faiz bəndi çoxdur. 2023-cü ildə isə 2,8%-lik artım gözlənilir.

Hesabatda bildirilir ki, 2022-ci ildə neft hasilatının artımının daha zəif olacağı, 2023-cü ildə azalması səbəbindən karbohidrogen gəlirləri daha aşağı olacaq. Qaz hasilatı, o cümlədən “Şahdəniz-2″də istehsal olunan qazın həcmi artacaq.

“İstehsal da daxil olmaqla sənayedə artımın 2022-ci ildə 2,5%-ə və 2023-cü ildə 2,7%-ə enəcəyi proqnozlaşdırılır. Qarabağ bölgəsində infrastrukturun yenidən qurulması üçün güclü investisiya isə tikinti sektorunun 2022-ci ildə 2,7% və 2023-cü ildə 2,5% genişlənməsinə kömək edəcək”, – hesabatda bildirilir.

AİB qeyd edir ki, pərakəndə ticarətdən və turizmdən asılı olan xidmət sektorunun artımı 2022-ci ildə 5,2%, 2023-cü ildə 3,% təşkil edəcəyi proqnozlaşdırılır. Bununla belə, kənd təsərrüfatının 2023-cü ildə 5,5%-ə qədər artmasında əvvəl 2022-ci ildə 6% artacağı gözlənilir. Hökumətin yanacaq subsidiyaları və lizinq proqramının Rusiya və Ukraynadan ərzaq tədarükünün azalması fonunda yerli kənd təsərrüfatı istehsalını artıracağı gözlənilir.

Xatırladaq ki, ötən il Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6% artıb. ÜDM istehsalının 42,5%-i sənaye, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4%-ini təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki