Gələn il Azərbaycanın dövlət büdcəsindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2,3 milyon manat vəsait ayrılacaq.
Veteninfo.az-ın xəbərinə görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2021-ci ilin proqnozu ilə müqayisədə 52,3% çoxdur.
Həmin vəsait hesabına Komitənin tabeliyindəki, 11 rayonda fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzlərinin qadınlara və uşaqlara psixoloji dəstək verməsi, hüquqi məlumatlandırma və zəruri hallarda məsləhətlərin, sosial-psixoloji reabilitasiyanın təşkil edilməsi, fərdi, qrup və ailə terapiyasının həyata keçirilməsi, loqoped xidmətlərinin göstərilməsi, məişət zorakılığı hallarının qarşısının alınması, ailələrin psixo-sosial vəziyyətinin qiymətləndirilməsi, valideyn və uşaqların bacarıqlarının inkişaf etdirilməsi, fərdi və qrup inkişafetdirici məşğələlərin, uşaqların asudə vaxtlarının təşkil edilməsi, həmin xidmətlərdən 6 800 nəfərə yaxın aztəminatlı və həssas təbəqədən olan şəxslərin istifadəsi təmin ediləcək.