image-xertebackend

“Altı Tərəfli Sülh Platforması”,yoxsa “Üçtərəfli Əməkdaşlıq”?-Nahid Canbaxışlı yazır

image-reklam_sirab_01

44 günlük Qarabağ Vətən müharibəmiz təkcə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etmədi,eyni zamanda Cənubi Qafqazda ümumi regional siyasi palitranın yenidən formalaşması üçün,əlavə imkanların,təşəbbüslərin yaradılmasını ehtiva etməkdədir.Elə Gürcüstanın Baş naziri Qaribaşvilinin irəli sürdüyü üçlü əməkdaşlıq təşəbbüsü kimi. Qaribaşvilinin İlham Əliyev və Nikol Paşinyana münaqişənin həllində vasitəçilik etmək təklifi indi siyasi analtiklər,konfiliktoloqlar tərəfindən müxtəlif formalarda şərh edilməkdədir.Gürcü siyasi analtiklər irəli sürülən təşəbbüsə bir yanaşma,Ermənistandan olanlar bir fəqli yanaşma,Azərbaycandan isə daha fərli fikirlər səslənməkdədir.

 

image-nahid-canbaxisli

 

Qərb və Avropadan olan ekspertlər isə hər üç ölkənin ekspertlərindən tamamilə bağdaşmayan yanaşmalarla Qaribaşvilinin təşəbbüsün təhlil etməkdədirlər.

Bəs Qaribaşvilinin təşəbbüsünün yaxın perspektivdə həyata keçirilməsi mümkündürmü?

Gürcüstan liderinin keçirdiyi sonuncu mətbuat konfransında ölkəsinin İrəvanla Bakı arasında sülh və etimadın bərqərar olmasına töhfə verməyə hazır olduğunu bildiriməsin yəqin ki,xatırlayırsınız. İrakli Qaribaşvili “Biz azərbaycanlı və erməni qardaşlarımıza vasitəçiliyimizi və Tiflisdə yaratmaq niyyətində olduğumuz Platformadan istifadə imkanını təklif edirik”,- demişdi. İrakli Qaribaşvili bəyan etmişdi ki,Gürcüstan bu cür təşəbbüslərlə çıxış etmək hüququ qazanıb, çünki artıq bir dəfə vasitəçi missiyasını yerinə yetirib.

image-qaf

Qaribaşvili xatırladıb ki, iyun ayında məhz onun səyləri sayəsində Ermənistan və Azərbaycan diplomatları bir növ mübadilə barədə razılığa gələ biliblər.

Qeyd edək ki, Qaribaşvilin təşəbbüsü olə Bakı 15 erməni əsirinin azad edilməsinə razılıq verdi, bunun qarşılığında İrəvan da mina sahəsinin xəritələrinin bir hissəsini Azərbaycanın sərəncamına vermişdi.

Amma İrəvanın vermis olduğu mina sahələrinin xərtələrinin müəyyən bir hissəsi doğru çıxmadı. İrakli Qaribaşvili onu da bəyan etmişdi ki, rəsmi Tiflis bu addımı ilə uğurlu bir vasitəçi olaraq humanitar əməliyyat keçirdi. “Bu, görünməmiş bir hadisə idi. Müstəqillik qazandıqdan sonra 30 il ərzində elə bir şey olmamışdı ki, Gürcüstan iki qonşu ölkə arasında vasitəçiyə çevrilsin. Bu vəzifəni uğurla başa vurduq. İndi də sülh prosesini daha yüksək səviyyədə davam etdirməyi təklif edirəm ”-deyən İrakli Qaribaşvilinin regional əməkdaşlıqda Tiflisi bir mərkəz formasında təqdim etməsindən doğal bir şey yoxdur.Amma 2020-ci ilin dekabr ayında Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən Altı Tərəfli Sülh Palatformasına, Qaribaşvilinin bu təşəbbüsü daban-dabana ziddiyyət təşkil edir. Qaribaşvili belə bir təşəbbüs irəli sürməklə  Türkiyə prezidentinin irəli sürdüyü platformada iştirakda maraqlı olmadığına işarə etmiş olur. Bölgədə sülühün və sabitliyin bərqarar etməsin istəyən Qaribaşvilinin Altı Tərəfli Sülh Palatformasına isti yanaşması əslində doğru olması lazımdı.Çün ki,illərdi Rusiya ilə Gürcüstan arasında davam edən hüsumətin yumuşaldılması üçün Altı Tərəfli Sülh Platforması rəsmi Tiflis və Moskva üçün yeni bir körpü ola bilər.

Ancaq Qaribaşvili üçlü əməkdaşlıq təşəbbüsü irəli sürməklə, Rusiyanın da işltirakı istənilən Platformada görünmək istəmir.

O zaman Qaribaşvilinin Gürcüstanın  bölgədə sabitliyi təmin etmək üçün “Dinc Qonşuluq Təşəbbüsünün” mərkəzi olmaq niyyəti elə də səmimi görünmür. Burdan da aydın şəkildə görünən budur ki, İrakli Qaribaşvili bu təşəbbüsü ilə əslində Ərdoğanın irəli sürdüyü təşəbbüsün önünə çıxmağa çalışır.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycanda 44 günlük Qarabağ Vətən müharibəmizin Zərəfinə həsr olunan paradda Regional Əməkdaşlıq Platformasının yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Azərbaycan lideri İlham Əliyev də bu fikri dəstəkləmişdi.Eyni zamanda Türkiyə liderinin belə bir  təkilifinin olduğunu Rusiya Federasiyasının lideri Vladimir Putində  təsdiqləmişdi.

Altı Tərəfli Sülh Platformasını Tehran da dəstəkləyib.

Xatırlayırsınızsa İran xarici işlər naziri  altı tərəfli format çərçivəsində əməkdaşlıq etmək niyyətində olduğu ölkələrə səfər belə etdi.

İran xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif belə bir platforma yaratmaq təşəbbüsünü alqışlayarkən bunu “İlham Əliyevin ideyası” adlandırdı.

Göründüyü kimi,həm Türkiyə,eyni zamanda Rusiya-Ermənistan və İran,baxmayaraq ki, təşəbbüs Türkiyə lideri tərəfindən səsləndirildi,əslində Azərbaycan liderinin illərdir bəyan etdiyi təşəbbüsü dəstəkləyirlər.Bu da rəsmi Bakının Cənubi Qafqazda sabitlik atmosferinin daha da genişlənməsi,təkcə Azərbaycan-Gürcüstan və Ermənistanı deyil,bütövlükdə region əhatə etməsində maraqlı olduğunu göstərir.

Tiflis isə bu platformanın qazandıracağı amillərdən yararlanmaq yerinə,əksinə daha çox özünün hərəkət dairəsini məhdudlaşdırmaqdadır.

Rusiyalı analtiklər hesab edirlər ki, İrakli Qaribaşvilinin Altı Tərəfli Sülh Platformasına qoşulmamaq üçün müxtəlif bəhanələr gətirməsi,okianın otayından verilən tapşırlıqlardan qaynaqlanır.Ermənistanda iqtidar və müxalifətə eyni məsafədə duran analtiklər isə bəyan edirlər ki, Nikol Paşinyan üçün gürcü həmkarının səsləndirdiyi fikir sürpriz deyil. Erməni analtiklər hesab edirlər ki, Paşinyan həm ölkə daxilində, həm də xaricdə özünü təsdiq etməsinə kömək etmək üçün əvvəlcə İrakli Qaribaşvili ilə birlikdə oynayacaq. Axı, sülhməramlı və uğurlu vasitəçinin nüfuzu həmişə siyasi kapitalın yükünü artırır. Xatırlayırsınızsa Paşinyanın Ərdoğana son mesajını məhz Qaribaşvili vasitəsi ilə çatdırmışdı Amma praktiki olaraq Yerevan çətin ki, Gürcüstan baş nazirinin ideyasının gerçəkləşməsinə imkan versin. Nikol Paşinyan gözəl dərk edir ki, Rusiya olmadan Ermənistan-Azərbaycan arasında münasibətlərin qurulması hələlik mümkün deyil.

İstər üçtərəfli əməkdaşlıq təşəbbüsü olsun,istərsə də Altı Tərəfli Sülh Platforması,adını nə qoyursunuz-qoyun, Azərbaycan onun ərazi bütövlüyün tanıyan,buna hörmət edən bütün ölkələrlə bölgənin sülh regionuna çevrilməsi üçün təşəbbüslərə dəstək verəcəyi hər kəsə aydındır. Azərbaycan lideri İlham Əliyevin  bu günə kimi həyata keçirdiy xarici siyasətin əsas təməllərindən biri də məhz bölgədə münaqişələrin sonlandırılmasına,ölkələrin ərazi bütövlüyünə hörmət və ehtiram prinsiplərinə əsaslanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki