Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarükünə başlanılması gözlənilir.
Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlər üçün brifinqdə deyib.
“Qarşılıqlı ticarət məsələsi gündəmdədir. Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarükləri həyata keçiriləcək”, – Baş nazir qeyd edib.


























