image-reklam-veteninfo
image-1786599904_mgqmuwen_largebackend

Putinin Kuril adalarına “tarixi” səfəri: Yaponiya etiraz etdi

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin Saxalin vilayətinə işgüzar səfəri çərçivəsində ilk dəfə Kuril adalarının İturup adasına gedib. Səfər Yaponiyanın sərt etirazına səbəb olub.

Vətəninfo.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Putini İturup adasında Saxalin vilayətinin qubernatoru Valeri Limarenko qarşılayıb. Rusiya liderinin səfər çərçivəsində ilk dayanacağı Yasnı balıq emalı zavodu olub.

Putin Limarenko ilə görüşündə Rusiyada Ukraynadakı müharibədə iştirak edən hərbçilərə və onların ailələrinə göstərilən dəstək tədbirləri barədə məlumat alıb. Qubernatorun sözlərinə görə, 2 minə yaxın rusiyalı hərbçi reabilitasiya müalicəsindən keçib və onların bir hissəsi xidmətə qayıdıb.
Putin bu məlumatı şərh edərkən rus xalqının “qaliblərin genetik koduna” sahib olduğunu bildirib.

Səfər Yaponiya tərəfindən isə kəskin reaksiya ilə qarşılanıb. Yaponiya Xarici İşlər Nazirliyi Putinin İturup adasına səfəri ilə bağlı Rusiyaya etiraz notası təqdim edib.
Nazirliyin yaydığı bəyanatda bildirilib ki, Tokio Rusiya prezidentinin İturup adasına səfəri ilə əlaqədar “kəskin etirazını” ifadə edir.
İturup Yaponiyanın “Şimal əraziləri” adlandırdığı və Rusiyanın nəzarətində olan Cənubi Kuril adalarından biridir. Bu ərazilərlə bağlı Rusiya ilə Yaponiya arasında uzun illərdir davam edən ərazi mübahisəsi iki ölkə arasında münasibətlərin əsas problemlərindən biri olaraq qalır.
Putinin İturupa səfəri bu baxımdan həm Moskvanın adalar üzərində nəzarətini nümayiş etdirməsi, həm də Tokioya siyasi mesaj kimi qiymətləndirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki