Bir qədər öncə məlumat verdiyimiz kimi “Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyi Ana və Uşaq Sağlamlığının qorunması”adlı layihənin icrasına başlayıb. Təşkilat bu gün Layhə çərçivəsində planlaşdırılan ilk tədbirini İmişli şəhərində keçirdi. Tədbirdə rayonun müxtəlif sosial təbəqələinin 20-dən çox xanım təmsilçisi və rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirdi. Bu günkü seminarı giriş sözü ilə “Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyinin sədri Həqiqət Məmmədova açdı. Xanım Məmmədova tədbir iştirakçılarını salamladıqdan sonra belə bir aktual mövzuya həsr edilmiş layihə təklifini dəstəklədikləri üçün ilk növbədə Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirdi.Təşkilat rəhbəri layihənin məqsədi, hədəf qurupları,habelə, layihə icrası zamanı əldə ediləcək nəticələrin ümumiləşdirələrk yekun hesabatın hazırlanmaı ilə bağlı seminar iştirakçılarını məlumatlandırdı və sonra sözü layihə eksperti,dosent İlham Hüseynliyə verdi. İlham Hüseynli Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən bu layihənin xüsusi əhəmiyyətindən, mövzunun indiki şəraitdəki önəmindən danışdı və sonra Ana və Uşaq Sağlamlığının qorunması sahəsindəki həm yerli, həm də Beynəlxalq qanunvericilik bazası, hökumətin bu sahədəki qəbul etdiyi qərarlar barədə geniş məlumat verdi.
Sonda Təşkilat rəhbəri və layihə eksperti iştirakçı xanımların çoxsaylı suallarını cavablandırdılar. Günün ikinci yarısında “Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyinin Ana və Uşaq Sağlamlığının qorunması” layihəsi çərçivəsində növbəti tədbiri Sabirabad şəhərində növbəti tədbiri baş tutdu. Yüksək səviyyədə təşkil olunmuş bu tədbirdə də olduqca maraqla dinləmələr, müzakirə və çıxışlar oldu. İlk növbədə Təşkilatın sədri Həqiqət Məmmədova layihə qarşısında duran məqsəd və vəzifələrdən danışandan sonra sözü layihə ekspertinə verdi. Əvvəlki tədbirdə olduğu kimi
ekspert İham Hüseynli ana və uşaq sağlamlığının qorunması istiqamətindəki mövcud qanunvericilik bazası, beynəlxalq təcrübə, habelə bu istiqamətində hökumətin gördüyü və görməli olduğu işlərdən danışdı. Bundan sonra müzakirələr zamanı tədbirə qatılan rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov rayonda bu sahədə həyata keçirilən işlərdən, görülən tədbirlərdən danışdı.Sonda Təşkilat rəhbəri və layihə eksperti tədbir iştirakçılaının suallarını cavablandırdı.Toplantının işində, habelə, Rayon İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini Ceyran Xəlilova da iştirak edirdi.


Qadın Hüquqlarının Himayə Mərkəzi
Ünvan: Nobel prospekti 86, mənzil 22
Tel.: (+99450) 317 02 69
E-mail: [email protected]
“Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyinin Mətbuat xidməti
23 iyun 2026-ci il


























