image-images-1backend

Aqroparklar milli iqtisadiyyatımızın perspektiv istiqamətərindən biridir

image-reklam_sirab_01

Cənab Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı, bir neçə sosial obyektlərin açılışında iştirak etdi. Hacıqabul rayonun sosial-iqtisadi inkişafı yüksək səviyyədədir. Hacıqabul rayonun inkişaf dinamikası günü-gündən yüksəlir. Buranın qazla təmin olunması, elektrik enerjisi ilə təzcihat, həmçinin   yeni yarımstansiyanın açılışı da bariz nümunədir. Hacıqabul rayonunda aparılan abadlıq işləri yekunlaşmaq üzrədir. Cənab Prezidentin iqtisadi-inkişaf proqramı əsasında məktəblər, xəstəxanalar və mədəniyyət evləri tikilmişdir. Yeni iş yerlərinin açılması vətəndaşların maddi rifahını yaxşılaşdırılması üçün addımlar atılmışdır. Bu gün dövlətimiz qeyri-neft sektorunda irəliləyişlərə qədəm qoyur. Cənab Prezident İlham Əliyev iki böyük aqroparkın  açılışında iştirak etdi. Aqroparkların yaradılması əsas mahiyyəti, ərzaq təzcihatının artırılmasına yönəlmişdir. Aqroparkların fəaliyyətə başlaması yerli sankinləri  işlə təmin edir. Hacıqabul Rayonun landşaftı elədə çox  əlverişli olmamasına baxmiyaraq, burada aqroparkların yaradılması Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Aqroparklarda məhsulun daha cox əldə edilməsi ilə yanaşı, heyvandarlıqlada məşğul olunacaq. İki min baş cins mal-qara gətirilib. Yaxın gələcəkdə sayları beş minə çatacaq. Həmçinin buarada əldə edilən süd Kürdəmir rayonun süd emalı zavoduna göndəriləcək. Yaxın bir neçə ildən sonra dövlətimiz özünü südlə təmin edəcəkdir. Qeyri-neft sektorunun situmllaşdırılması, umumillikdə 50-dən  cox aqroparkların salınması nəzərdə tutulub. Bir neçəsi istifadəyə verilmişdir. Belə aqroparklardan işğaldan azad olunmuş torpaqlarda, Qarabağda salınacaq. Hal hazırda ərazilər minalardan təmizlənir. Bu uzun sürən və çətin bir prosesdir. Minalarandan təmizləmədə qardaş Türkiyə və Rusiya tərəfindən köməklik edilir və təcrübəsindən istifadə olunur. Lakin döyüşdə məğlub olmuş düşmənin, minalanmış ərazilərin xəritəsini inkar etməsi hərbi cinayətdi. Müharibə qurtardıqdan sonra 100-dən çox mülki şəxs yaralanıb və həlak olmuşdur. Bu işlər üçün yeni avadanlıqlar alınır və davam etdiriləcək. Cənab Prezidentin əmri ilə istehkamçı tabor fəaliyyət görsədir. Parelel olaraq Qarbağda infrastruktur bərpa olunur. Azad edilmiş ərazinin elektrik təchizatı bu ilin sonuna qədər yekunlaşmalıdır. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır və hələ ki, hava şəraiti o qədər də münasib deyil, qar əriməyib.

Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir. Bu işlərlə yanaşı dövlətimizə vurulumus ziyanın hesablanması üçün xarici mütəxəssislər kömək edirlər. Qızıl yataqları, civə yataqları və digər təbii sərvətlərimiz ermənilər tərəfindən qanunsuz istismar olunub.  Planlarımızdan biridə Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. İşgal olunmuş torpaqlarda, birinci pilot layihə Zəngilan rayonunda icra ediləcək – “Ağıllı kənd” layihəsi. Bu layihə üç kəndi – 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək və yəqin ki, yaxın gələcəkdə bu layihənin təməli də qoyulacaq. Zəngilanda olarkən mənə bu layihə ilə bağlı məruzə edildi və indi təməlqoyma mərasimi üçün hazırlıq işləri aparılır. Bu lahiyə gələn il başa çatdıqda, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz doğma torpaqlarına qayıdacaqlar. Bütün şəhərlərin baş planları hazırlanacaq və biz Qarabağı ən gözəl yerə çevirəcəyik.

Alıyev Fariz Nəsimi rayon gənci

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki