Vətəninfo.az İranın “Tabnak” saytına istinadən xəbər verir ki, Araz çayının radioaktiv maddələrlə çirklənməsi ilə bağlı dünən “Pəyam-e Ma” qəzetində çıxan yazı sosial şəbəkələrdə, xüsusən də xarici mediada geniş əks-səda doğurub və nəhayət İran səlahiyyətlilərini rəsmi reaksiya verməyə məcbur edib.
“Dəqiq elmi yoxlamalar Araz çayının suyunun çirklənməsi nəticəsində ağır formada və kütləvi şəkildə qida borusu, mədə və dəri xərçənglərinin qaraciyər xəstəliklərinin yaranmasını müəyyən edib; Suyun çirklənməsi radioaktiv materialları və ağır metalların çaya axıdılmasından qaynaqlanır”,-deyə qəzetdə vurğulanıb.
Çirklənmənin əsas səbəbinin isə son dərəcə köhnə və bir qədər təhlükəli texnologiyadan istifadə olunduğu və uzun illərdir müzakirə mövzusuna çevrilən Ermənistanın Metsamor Atom Elektrik Stansiyası olduğu qeyd edilir…