Bu yay “Fənərbaxça”dan “Real”a keçən, bir neçə gün öncə zədələnən Arda Gülerin durumuna aydınlıq gəlib.
Arda Güler sağ dizindən zədə alıb.
Vətəninfo.az xəbər verir ki, məşhur ispaniyalı həkim Pedro Luis Ripoll “Marca”ya açıqlamasında 18 yaşlı yarımmüdafiəçinin ən az 3 ay yaşıl meydanlardan kənarda qalacağını bildirib. O qeyd edib ki, zədə ciddi olarsa, bu müddət 5 ayadək uzanacaq.
Güler zədə səbəbindən klubun ABŞ-dakı düşərgəsindən ayrılıb. O, Madridə qayıdıb.


























