image-4973f7af-c524-3ed1-b9da-add742efb94c_850backend

“Aris”in baş məşqçisi: “Neftçi”yə daha çox qol vura bilərdik”

image-reklam_sirab_01

“Bu matçda daha çox qol vura bilərdik. Layiqli qələbə qazandıq”.

Bunu “Aris”in baş məşqçisi Aleksey Şpilevski Kiprdə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

34 yaşlı mütəxəssis hazırkı hesabın təhlükəli olduğunu bildirib: “Dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Matçın əvvəlində işlərimiz yaxşı alınmadı. Lazım olan təzyiqi göstərə bilmədik. Bakıdakı cavab matçına hazırlaşacağıq. Mən bu şəhəri görmək istəyirəm. Oranın çox gözəl olmasından xəbərdaram”.

Şpilevski matçda rəqibin qarşısını məharətlə aldıqlarını və “Neftçi”nin planlarını pozduqlarını söyləyib.

Qeyd edək ki, cavab görüşü bir həftə sonra Bakıda olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki