image-c72d32c1-448f-33f8-b1fa-19b4b17fdc19_850backend

Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri rekord nəticə göstərib

image-reklam_sirab_01

İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 9 güləşçiylə qitə birinciliyinə qatılan Azərbaycan milli komandasının 5 üzvü fəxri kürsüyə qalxıb. Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Kənan Abdullazadə (67 kq) isə üçüncü yeri tutub.

Beləliklə, yığma komandanın qazancı 2 qızıl, 1 gümüş və 2 bürünc medal olub. Azərbaycan 102 xalla komanda hesabında 4-cü yeri tutub. Gürcüstan (141) birinci, Türkiyə (118) ikinci, Ukrayna (103) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, cari qitə birinciliyi də Azərbaycan güləşi üçün rekord nəticə ilə başlayıb. İlk dəfə bu yaş qrupu üzrə çempionatda yunan-Roma güləşində 102 xal toplanılıb. Buna qədər güləşin bu növündə ən yüksək xal göstəricisi 99 xal (Dortmund-2021) idi. Bundan əlavə, həm medalların sayına, həm də əyarına görə son 6 ilin ən yaxşı nəticəsi gerçəkləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki