image-1backend

“Avropa Cənubi Qafqaza nüfuz etmək istəyir” -Millət vəkili

image-reklam_sirab_01

“Dünənə qədər Fransa açıq şəkildə Cənubi Qafqaza nüfuz etmək istəyirdi. Amma onların planları puç oldu. Dünən Avropa İttifaqının Şura iclasında Azərbaycan Ermənistan məsələsi müzakirə olunurdu. Amma burada sülh sazişindən yox, Ermənistanı silahlandırmaq haqqında müzakirə gedirdi  “- bu fikirləri İctimai Televiziyanın efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili əlavə edib ki, indi Ermənistanı silahlandırmaq üçün Avropa ölkələri, hətta Kanada da yarışa girib.

“İndi dünyanın çox bölgəsində münaqişə var. Bu münaqişələrin yaxın 20-30 il ərzində dayanması da reallığı əks etdirmir. Məhz bu amil Avropanı hərəkətə gəlməyə vadar edib. Rusiyanın Cənubi Qafqazda zəifləməsindən istifadə edən Avropa Cənubi Qafqaza nüfuz etmək istəyir.”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videomatrealda:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image