image-img-20230511-wa0100backend

Azad edilən torpaqlarda bərpa işləri uğurla icra edilir

image-reklam_sirab_01

Dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşadan müraciətində onu da xüsusi qeyd etdi ki, bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.

«Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı – bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.» Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşadan müraciətində bu əminliyi də ifadə etdi ki, bu gün atamın, bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək.
Həmin müraciətdə dövlət başçısı bildirdi ki, bir neçə gün ərzində 10 kəndin təməli qoyulub, bir çox obyektlərin açılış mərasimi keçirilib. Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.
Göründüyü kimi, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycan müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verməklə, dünya hərb tarixində belə bir ilkə imza atdı. Bu gün Böyük Qayıdış proqramı uğurla icra edilir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış oldular, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışlarında, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak etdilər.
Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak etdilər. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən “Heydər Əliyev və Qarabağ” fotosərgisi və Gül Festivalı ilə tanış oldular. Sonra ölkə Prezidenti, birinci xanım və ailə üzvləri Xurşidbanu Natəvan, Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin açılışlarında iştirak etdilər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisinin açılışında iştirak etdilər. Həmçinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında iştirak etdilər, Muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış oldular. Sonra Prezident İlham Əliyev və birinci xanım Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak etdilər.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Şuşa dirçəlib, iqtisadi, siyasi, humanitar və diplomatik mərkəzə çevrilib. Prezident İllham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etdilər. Həmin gün ölkə Prezidenti Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak etdi, Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoydu. Şuşada həmçinin, Atatürk küçəsinin lövhəsinin, “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışları oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfərlərinin ilk günündə Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olmuşdular. Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri davam edir. «Xarıbülbül» musiqi festival çərçivəsində Qarabağın tacında görülən işlərin miqyası genişdir.
Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərindən bəhs edərkən bu çağırışı edir: «Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib.»

Tufan Məmmədov – iqtisadçı ekspert


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki