Avqustun 5-dən daha 20 ölkənin vətəndaşları Azərbaycana qonaq və turist kimi gələ bilərlər.
Veteninfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) da açıqlama yayıb. Qeyd edilib ki, həmin şəxslər PCR-testindən əlavə, COVID-pasportunu (18 yaşdan yuxarı şəxslər üçün) təqdim etməklə ölkəyə girə bilərlər.
Azərbaycana giriş qaydaları ilə bağlı tez-tez verilən sualların cavablarını bu linkə daxil olaraq tanış ola bilərsiniz.