
Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə – ANSPress) ikinci yerdə Rumıniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 93 673,99 min dollar dəyərində 197 053,85 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü yerə Portuqaliya tutur. Yanvar ayında bu ölkəyə 44 337 min dollar 93 590,26 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 11 ölkəyə 1 238 082,05 min dollarlıq 2 642 930,94 445,56 ton neft ixrac edib.
Azərbaycanın bu ilin yanvar ayında neft ixrac etdiyi ölkələr və həcmə dair siyahı:
| № | Ölkələr | Məbləğ, min $ | Miqdar (ton) |
| – | Cəmi | 1 238 082.05 | 2 642 930.94 |
| 1 | İtaliya | 861 652.23 | 1 847 915.54 |
| 2 | Rumıniya | 93 673.99 | 197 053.85 |
| 3 | Portuqaliya | 44 337.00 | 93 590.26 |
| 4 | Almaniya | 43 249.21 | 91 294.06 |
| 5 | Xorvatiya | 40 819.95 | 86 166.17 |
| 6 | Çexiya | 38 454.49 | 82 403.50 |
| 7 | Bolqarıstan | 37 415.05 | 78 494.85 |
| 8 | Tunis | 29 498.76 | 61 269.98 |
| 9 | Türkiyə | 19 543.44 | 41 761.71 |
| 10 | İndoneziya | 17 866.20 | 38 554.41 |
| 11 | Yunanıstan | 11 571.75 | 24 426.62 |


























