“Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi.” – Vətəninfo.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Arzuman Muradlı qeyd edib ki, müasir Azərbaycan tarixinin 34 illik bütöv bir epoxası, bu illərdə xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafı və dirçəlişi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
“Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq. Ulu öndərin qoyduğu dövlətçilik ənənələrini cənab prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan ən çox sevilən ölkələrdən biridir.” -deyə politoloq qeyd edib.