image-34backend

Azərbaycan gələn il əməyin ödənişinə 8 milyard manatdan çox pul xərcləyəcək

image-reklam_sirab_01

Azərbaycanın gələnilki dövlət büdcəsi xərclərinin 27,1%-ni və yaxud 8 097,3 milyon manatını əməyin ödənişi xərcləri təşkil edəcək.

Veteninfo.az-ın xəbərinə görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 22,7% çoxdur.

Bundan başqa, gələn il malların (iş və xidmətlərin) satın alınmasına 6 380,7 milyon manat (14,2% çox), faiz ödənişlərinə 632,3 milyon manat (1% çox), subsidiya ödənişlərinə 1 440,2 milyon manat, qrant ödənişlərinə 453,7 milyon manat, sosial ödənişlərə 3 674,1 milyon manat, qeyri-maliyyə aktivlərinin alınmasına 8 024,8 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlara 8,2 milyon manat, maliyyə öhdəlikləri üzrə əməliyyatlara isə 1 167,7 milyon manat yönəldiləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki